Xəbər lenti

ABŞ-dan Türkiyəyə F-35  QADAĞASI
 

ABŞ senatorları və Tramp höküməti Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini almayacağını təsdiq edənə qədər F-35 qırıcılarının Ankaraya gətirilməsinə mane olacaq layihə hazırlayıb.

 

Bizimaz.az xəbər verir ki, layihəni hazırlayan 4 senatordan biri Janne Şanhen bir NATO ölkəsində ABŞ qırıcıları və texnologiyalarının Rusiya üçün əlçatan olmasının ciddi qlobal təhlükə olduğunu deyib. Senatorlar NATO üzvü olan Türkiyənin həm S-400, həm də F-35 almayacağını irəli sürüb.

Senator Ceyms Lankford bildirib ki, Türkiyə önəmli bir NATO müttəfiqidir və ABŞ-ın bir sıra beynəlxalq təhlükəsizlik məsələlərində kömək etməkdə istəklidir.

“Türkiyə ilə Rusiyanın təhlükəsizlik sahəsində işbirliyi narahatvericidir”, - deyə senator vurğulayıb.

Qeyd edək ki, Türkiyə trilyon dollarlıq F-35 proqramında istehsalçı ortaqlardan biridir. Lakin ABŞ höküməti Türkiyənin S-400-ləri alacağı təqdirdə F-35-lərin bu ölkəyə çatdırılmasına mane olacaq.

Türkiyə rəsmiləri isə bu vaxta qədərki bütün açıqlamalarında Rusiya ilə S-400 razılaşmasına geriyə dönüş olmadığını deyiblər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov