Xəbər lenti


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev martın 23-də ölkə paytaxtı Astana şəhərinin adını Nur-Sultana dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.

 Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin adı Nur-Sultan şəhərinə dəyişdirilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, Kasım-Jomart Tokayev martın 20-də parlamentdə ölkə paytaxtının adını Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə dəyişdirilməsini təklif edib.

Qazaxıstan parlamenti ölkə paytaxtının adının dəyişdirilməsi ilə bağlı konstitusiyaya dəyişikliklər edib.

Astananın adının dəyişdirlməsi şəhər sakinləri arasında birmənalı qarşılanmayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov