Xəbər lenti

İranın Xuzistan vilayətinin Dezful və Əndimeşk şəhərlərinin əhalisi arasında qarşıdurma yaşanıb.

 

Bizimaz.az xəbər verir ki, iki şəhərin qarşıdurmasına səbəb Dezful şəhərinə giriş ilə bağlı lövhənin Əndimeşk şəhəri tərəfdən yerləşdirilməsidir.

Tərəflər arasında baş vermiş ciddi zorakılıqla müşahidə edilən qarşıdurmalar nəticəsində çoxlu sayda insan yaralanıb və avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə İran Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları ezam edilib. Qarşıdurmalar zamanı polis maşınlarının da yandırıldığı qeyd edilir.

Qeyd edək ki, iki şəhərin sakinləri arasında qeyd edilən məsələ ilə bağlı ziddiyyət son bir neçə ay ərzində yaranəb və bundan öncə bir dəfə də tərəflər arasında qarşıdurma yaşanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov