Xəbər lenti

 

Yeni Zelandiyada qadınlar məscidlərə hücumdan sonra müsəlmanlarla həmrəy olduqlarını nümayiş etdirmək üçün başlarını örpəklə bağlayıblar. 

 

Bu barədə “Reuters” məlumat yayıb. 

Bildirilir ki, belə bir təşəbbüslə Oklenddə yaşayan Taya Aşmen adlı həkim çıxış edib. O, örpək üzündən terrorçuların hədəfinə çevriləcəyindən qorxduğu üçün evdən çıxmayan qadının hekayəsini eşitdikdən sonra bu qərara gəlib.

Bundan sonra aksiyaya digər şəhərlərdən olan qadınlar qoşulub. 

“Mən demək istəyirdim ki, biz sizinləyik. İstəyirik ki, siz öz küçələrinizdə özünüzü evinizdəki kimi hiss edəsiniz. Biz sizi sevirik, dəstəkləyirik və hörmət edirik”, - deyə Aşmen vurğulayıb. 

Müsəlman icmasının nümayəndələri ilə görüş zamanı Yeni Zelandiyanın baş naziri Djasinda Ardern da başına qara örpək bağlayıb. Həmçinin məsciddəki partlayış zamanı ölən insanların dəfn olunduğu qəbiristanlığı mühafizə edən qadın polislər başlarına örpək bağlayaraq aksiyaya dəstək veriblər.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində 50 nəfər ölüb, 50 nəfər yaralanıb. Hadisəni törədən 28 yaşlı Brenton Tarrant həbs olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov