Xəbər lenti

Çində GÜCLÜ PARTLAYIŞ: 47 ölü, 640 yaralı - FOTO/VİDEO
 

Çinin şərqindəki Yançen şəhər dairəsində "Tyançzay" kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb.

 

Bizimaz.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Yançen şəhərinin meri Sao Lubao mətbuat konfransında bildirib.

Məlumata görə, 16 yerli xəstəxanaya 640 nəfər zərərçəkən çatdırılıb. Onlardan 32-i kritik vəziyyətdə, 58-i isə ağırdır. Hazırda lazımı tibbi yardımın göstərilməsinə 3,5 min tibbi işçisi cəlb edilib.

Partlayış vaxtı zavodda nə qədər adamın olduğu dəqiq bilinmir. Ona görə də ölü və yaralı sayının artma ehtimalı var.

Partlayış 2,2 ballıq zəlzələ effkti yaratdığı bildirilir.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov