Xəbər lenti


Dünyanın ən məşhur mesajlaşma şəbəkəsinə çevrilən Vatsapın qurucusu Brian Akton qatıldığı mətbuat konfransında Feysbukla bağlı xəbərdarlıq edib.

 

Bizimaz.az xəbər verir ki, bir müddət əvvəl Tvitter səhifəsində belə bir açıqlama verən B.Akton bu dəfə gənclərin qarşısında çıxış edərkən Feysbuku silməyi məsləhət görüb. Akton bir müddətdir Feysbukun təhlükəsizliyi ilə bağlı şübhələrin gündəmə gəlməsindən sonra bu çağırışı edib. O, istifadəçilərə şəxsi məlumatlarını qorumaq üçün Feysbuku silməyi məsləhət görüb.

Qeyd edək ki, 2014-cü ildə 21 milyard dollar qarşılığında B.Akton Vatsapı Feysbukun qurucusuna satıb. Bu satışdan sonra Akton zəngin biri olub. Lakin B.Akton Feysbuk barədə heç vaxt yaxşı fikirlər səsləndirməyib.

O, şirkətini satmaq qərarını 50 işçinin həyatını düşünərək verdiyini deyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov