Xəbər lenti

 

“Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko Afrikada baş vermiş aviaqəzadan sonra Rusiyanın hava məkanında “Boeing 737 Max” təyyarələrinin uçuşuna qadağa qoyulduğunu elan edib.

 

Bu barədə TASS məlumat yayıb.

Söhbət “Boeing 737 Max 8” və “Boeing 737 Max 9” modellərindən gedir. Neradko bildirib ki, qadağa “Rosaviasiya”nın müvafiq qərarı çıxana qədər qüvvədə qalacaq.

Buna qədər Efiopiyadakı faciədən sonra dünyanın 30-a yaxın hava yolları şirkəti, o cümlədən, Rusiyanın “S7 Airlines” aviadaşıyıcısı “737 Max” modelinin istismarını dayandırmışdı. Bir müddət əvvəl ABŞ və Avropa İttifaqı da sözügedən təyyarədən “imtina dalğasına” qoşulub.

Qeyd edək ki, son yarım il ərzində dünyada bu təyyarənin iştirakı ilə iki hava qəzası yaşanıb. Ümumilikdə 346 nəfər həyatını itirib.

Xatırladaq ki, bazar günü Efiopiyada ölkənin hava yolları şirkətinə aid “Boeing 737 Max 8” təyyarəsinin qəzaya uğraması nəticəsində 157 nəfər ölüb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov