Xəbər lenti


Zəlzələ ilə bağlı verdiyi proqnozlarla bütün dünyada diqqəti üzərinə çəkən hollandiyalı mütəxəssis Frenk Huqerbits daha bir ehtimalı ilə gündəm olub.

 

Bizimaz.az xəbər verir ki, 2019-cu ildə verdiyi bütün proqnozları doğru çıxan mütəxəssis Türkiyədə yaxın tarixdə dəhşətli yeraltı təkanların olacağını açıqlayıb.

O bildirib ki, dağıdıcı seysmik təkanlar 6-7 bal gücündə olacaq. Huqerbitsin internet saytında paylaşdığı video və bilgilərə görə, zəlzələ 13-17 mart tarixləri arasında yaşanacaq. Mütəxəssis qeyd edir ki, bu tarixlər arasında planetlərin sıralanması dəyişəcək və bunun nəticəsində Yerin qabığında seysmik fəallıq artacaq. Belə ki, 14 martda Merkuri, Günəş və Neptun, 15 martda isə Günəş, Merkuri və Yer kürəsi eyni mövqedə sıralanacaq.

Zəlzələ proqnozçusu yeraltı təkanların mərkəzi haqqında da bəzi təxminlər verib. O bildirib ki, Rusiyanın Kamçatka adası və Yaponiya sahilləri, həmçinin, Türkiyənin Qara dəniz və Egey dənizi sahillərinin yerləşdiyi Avrasiya zəlzələ xətti seysmik baxımdan fəallaşacaq. Avropada Portuqaliyanın sahillərinə də diqqət çəkən Huqerbits bu bölgədə də böyük bir zəlzələnin meydana gələcəyinin qaçılmaz olduğunu vurğulayıb.

Qeyd edək ki, Frenk Huqerbits ilk olaraq 21-22 fevral tarixlərində dünyada 7 və 8 bal gücündə zəlzələnin olacağını demiş, bundan sonra Ekvadorda 7,5 gücündə seysmik təkanlar qeydə alınmışdı. Mütəxəssisin ikinci proqnozu da düz çıxmış və Peruda 7,1 bal gücündə zəlzələ qeydə alınmışdı. Daha sonra 7 və 9 mart arasında yenidən Yerin silkələcəyini açıqlamış və bu dəfə 10 martda Fiji adalarında 6,2 bal gücündə təkanlar baş vermişdi.

Xatırladaq ki, zəlzələ mütəxəssisi bu proqnozları Günəş sisteminə daxil olan planetlərin hərəkəti, geometrik indeksi və mövqeyinə əsasən verir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov