Xəbər lenti

ABŞ-ın Ədliyyə Nazirliyi aralarında Hollivud ulduzlarının da olduğu 50 nəfər barəsində milyardlarla dollarlıq rüşvət iddiası ilə xüsusi əməliyyata başlayıb.

 

Bizimaz.az xəbər verir ki, aparılan araşdırmalar zamanı dünyanın ən yaxşı universitetlərindən sayılan Corctaun, Yel, Stenford, Texas, Cənubi Kaliforniya və Kaliforniya-Los-Anceles universitetlərində rüşvət qarşılığında saxta hesabatlarla zəngin insanların övladlarının təhsil almasına şərait yaradıldığı ortaya çıxıb.

FTB tərəfindən təsadüfən ortaya çıxarılan qalmaqala Hollivudun məşhur simalarının da adı qarışıb. “Desperate Housevives” serialı ilə məşhurlaşan Feliciti Hufman və “Full house” serialında çəkilən Lori Lauqlin ötən gün federal məhkəməyə gətirilib.

Fulmanın 250 min dollar qarşılığında azadlığa buraxıldığı bildirilib.

  •  
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov