Xəbər lenti

İsraildən Qüdslə bağlı NƏHƏNG ADDIM: 5 il ərzində...
 İsrail Şərqi Qüdsdə 23 min yeni bina inşa edəcək.

Bizimaz.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, növbəti layihə 5 il ərzində gerçəkləşdiriləcək.

“Qüdsdə 276 milyon dollarlıq sərmayə ilə yeni binalar tikiləcək. Bu çərçivədə yeni anlaşma imzaladıq. Qüds təkcə yaşayış məskəni deyil, sonsuza qədər İsrailin paytaxtı və əbədi varlığının 3 min illik parçasıdır”-, Netanyahu sosial media hesabında qeyd edib.

İsrailin “Kanal 7” televiziyası sözügedən razılaşmanın Netanyahunun iştirakı ilə Maliyyə Nazirliyi, İsrail Torpaqları İdarəsi və Qüds bələdiyyəsi arasında imzalandığını elan edib.

Razılaşmaya əsasən, köhnə və yeni Qüdsə aid məhəllələr inkişaf etdiriləcək. İnfrastruktur üçün sərmayə və yeni iş yerinə çevirmək üçün geniş yerlər təsis ediləcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov