Xəbər lenti

Ötən gün Efiopiyadan Keniyaya uçarkən qəzaya uğrayan təyyarənin sərnişinlərindən yalnız bir nəfər sağ qalıb.

 

Bizimaz.az xəbər verir ki, təyyarəyə bilet almış sərnişinlərdən biri gecikdiyi üçün nəqliyyat vasitəsinə buraxılmayıb. Bu, Yunanıstan vətəndaşı Antonios Mavropolulosdir.

Mavropolulos təyyarəyə cəmi 2 dəqiqə gecikdiyini bildirib:

“Mən insanların təyyarəyə necə mindiyini gördüm. Məni buraxmadıqları üçün çox qəzəbli idim”.

Onun sözlərinə görə, qəza barədə məlumat yayılan kimi polis tərəfindən saxlanıb. Belə ki, o, təyyarəyə minməyən yeganə sərnişin olub:

“Mənimlə qəza arasında əlaqə yox idi, çünki əşyalarım yanımda idi. Buna görə də məni çox dindirmədilər”.

Qeyd edək ki, baş vermiş dəhşətli qəzada 149 sərnişin və 8 heyət üzvü hamısı həlak olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov