Xəbər lenti

Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz ağciyər xərçəngi diaqnozu ilə əməliyyat edilib.

 

Bizimaz.az xəbər verir ki, əməliyyat sonra xəstəxanadan evə buraxılan Yılmaz kimya terapiyası müalicəsinə başlayıb.

Məsud Yılmaz müalicəsi ilə bağlı sosial şəbəkə hesabından açıqlama verib:
“Səhhətimlə maraqlanan dostlarım və sosial şəbəkə vasitəsilə səhifəmi mesaj yağışına tutan izləyicilərin üçün məlumat: Yanvar ayında aparılan müayinə nəticəsində ağciyərimdə xərçəng şişi aşkar edildiyinə görə, 23 yanvar tarixində “İstanbul Florence Nightingale” xəstəxanasında professor Alpər Tokerin nəzarətində uğurla əməliyyat olundum. Hazırda professor Sualp Tansanın nəzarətində kimya terapiyası keçirəm. Qrip epidemiyası və infeksiya səbəbilə görüşlərimə məhdudiyyət qoyulub. Hər şey normal axarında davam edir. Maraqlanan, şərh yazan və zəng edən hər kəsə təşəkkür edirəm”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov