Rusiya Hərbi Hava Kosmik Qüvvələrinin Mərkəzi Elmi Tədqiqat İnstitutunun rəisi, ehtiyatda olan general-mayor Sergey Yaqolnikov həbs edilib.
Bizimaz.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yayıb. Onun keçən ilin sonunda hərbi əks kəşfiyyat əməkdaşları tərəfindən təşkil edilən yoxlamadan sonra Tverdə həbs edildiyi vurğulanıb.
Yaqolnikovun fırıldaqçılıqda ittiham edildiyi, onun fəaliyyəti nəticəsində dövlətə 14 milyon rubl ziyan dəydiyi bidirilib.