Yaponiyanın Hokkaydo adası sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Bizimaz.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Nemuro şəhərindən 193 kilometr cənub-şərqdə, ocağı isə 20 kilometr dərinlkdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.