Xəbər lenti

ABŞ-ın Rusiyanın “Rusal” şirkətinə tətbiq etdiyi sanksiyalar öz təsirini Ermənistanda da göstərib.

 

Bizimaz.az xəbər verir ki, bu barədə məlumatı “Hetq.am” saytı yayıb. Məlumata görə, sanksiyalar nəticəsində “Rusal”ın tərkibində yer alan və alüminium folqa istehsalı ilə məşğul olan “Armenal” zavodunun istehsalı 15% azalıb. İstehsal və ixracın azalması zavodun ödədiyi verginin 37% azalması ilə nəticələnib.

Qeyd edək ki, “Armenal” Ermənistanın ümumi ixracının 5%-ni təşkil edir. “Rusal” bu zavodu 2000-ci ildə alıb.

Keçən ilin aprelində ABŞ “Rusal” şirkətini və onu rəhbəri Oleq Deripaskanı sanksiyalar siyahısına salıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov