Xəbər lenti

Rusiya ordusu öz imkanlarının ən yüksək səviyyəsinə 2028-ci ildə çatacaq.

 

Bizimaz.az xəbər verir ki, bunu “Röyter” agentliyinə müsahibəsində ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Mark Esper deyib. Onun sözlərinə görə, Çin bu imkanlara 2030-cu ildə çatacaq.

Espert ABŞ-ın 200 silahlanma proqramını ixtisar edib, qapadıb və ya təxirə salacağını, bunları Rusiya və Çin ordusu üzərində qələbə imkanlarının yaradılmasına yönəldəcəyini bildirib:

“2028-ci il və ondan sonrakı dövrə diqqətimizi yönəldirik. Ona görə də düşünürük ki, bu zamana qədər ruslar “pik” həddə çatacaqlar. İraq və Əfqanıstan kampaniyaları zamanı ABŞ ordusu Çin və Rusiya kimi ölkələrlə mübarizə hazırlığından imtina etdi. Nəticədə Amerika ordusuna indi 40 il ərzində istismarda olan avadanlıqları yeniləmək lazımdır. 2019-cu ildə ABŞ ordusu büdcədən 182 milyard dollar istəyib. Bu vəsaitin 22 milyard dolları yeni silahlanma sistemlərinin alışına yönələcək”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov