Xəbər lenti

Türkiyədə yeni partiya yaradılması ilə bağlı iddialar gündəmə çevrilib.

 

Bizimaz.az xəbər verir ki, Türkiyə mətbuatı yeni yaradılacaq partiyanın liderlərinin eks-prezident Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu olacağını yazıb.

Oda TV nəşri məsələ ilə bağlı maraqlı bir məqama diqqət çəkib:

“İctimaiyyətdə bu məsələnin müzakirə edildiyi bir vaxtda diqqətçəkən bir təşəbbüs baş verib. İnternetdə “Yenibirparti.org” adlı sayt fəaliyyətə başlayıb”, - nəşr yazıb.

Saytın məlumat hissəsində partiyanın siyasətinin və siyasi vədlərinin partiya heyətinin kölgəsində qalmaması üçün qurucuların və partiyanın adının daha münasib bir vaxtda açıqlanacağı qeyd olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov