Xəbər lenti


2018-ci ildə Rusiyada qadınların orta sayı kişilərin orta sayından çox olub.


 Bizimaz.az AZƏRTAC-a istinadən  xəbər verir ki, “Rosstat”ın məlumatına görə, ötən il hər min kişiyə orta hesabla 1156 qadın düşüb.

Lakin müxtəlif yaş qrupları üzrə məlumatlar fərqlənir. Rusiyada 35 yaşına qədər olan kişilər qadınlardan çoxdur: hər min cavan kişiyə həmin yaş kateqoriyasından olan 946-994 cavan qadın düşür.

Qrupun yaşı artdıqca kişi və qadınlar arasında nisbət də dəyişir. Yaşı 70-dən çox olanların qrupunda qadınların sayı kişilərdən 2,5 dəfə çoxdur. Bu qrupda hər min kişiyə 2377 qadın düşür.

2019-cu il yanvarın 1-nə olan məlumata görə, Rusiya sakinlərinin sayı bir il ərzində 86 min nəfər azalaraq, 146, 794 milyon nəfər təşkil edib. Bir il əvvəl həmin göstərici 146,88 milyon nəfərə bərabər olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov