Xəbər lenti

ABŞ Müdafiə Nazirliyi Rusiya və Çinə qarşı hərbi fəaliyyətlərin aparılması üçün yeni strategiya hazırlayır. Yeni strategiyanın özəlliyi düşmənin ərazisinə gizli müdaxiləni nəzərdə tutur.

 

Bizimaz.az xəbər verir ki, bunu Brukinq Tədqiqatlar İnstitutunda çıxışı zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Qərargah rəisi general Devid Qoldfayn deyib. Onun sözlərinə görə, yeni strategiyanın hazırlanması Rusiya və Çin tərəfindən yaranan təhdidlərə cavab olaraq başladılıb.

O, bu strategiyanın hazırlanması prosesinin 1 il çəkəcəyini və xərclərin ümumilikdə 135 milyard dollar təşkil edəcəyini bildirib. Qoldfayn yeni strategiyanın reallaşdırılması üçün bütün növ ABŞ hərbçilərindən istifadə ediləcəyini, xüsusilə, F-35 qırıcılarının bu işə cəlb ediləcəyini vurğulayıb:

“Yeni strategiya ideyası düşmənin zəif nöqtələrinə zərbə endirərək, güclü tərəfləri ilə toqquşmadan qaçmaqdır. Bu, mədəni və texniki planda edilən fundamental dəyişikliklərdir. Yeni strategiya ABŞ hərbçilərinə düşmən qarşısında assimetrik üstünlük qazandıracaq”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov