Xəbər lenti

Türkiyənin Çanaqqala bölgəsinin Ayvacıq mahalında baş verən 5 bal gücündə zəlzələdən sonra ərazidə 1-3.6 bal aralığında 46 zəlzələ baş verib.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Çanaqqala valiliyindən informasiya verilib.

Ayvacəğın Bələdiyyə sədri Məhməd Ünal Şahin isə ötən gecə verdiyi açıqlamada əhalini ehtiyatlı olmağa çağırıb.

“Hər hansı insan itkisi, yaralanma yoxdur. Xalqımız bu gecə diqqətli olmalıdır. Zəlzələnin şiddəti getdikcə azalır. 2-ə, 3-ə qədər düşüb, ancaq bir daha baş versə, çatlamış binalar uça bilər. Çox diqqətli olmaq lazımdır”.

Zəlzələ ilə bağlı həmçinin bölgədə məktəblərin aşağı siniflərinə tətil elan edilib.

Qeyd edək ki, Türkiyə mətbuatı əhalinin bir sıra ərazilərdə gecəni küçədə keçirdiyini yazıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov