Xəbər lenti

Yəhudi alimlərdən xərçənglə bağlı İNQİLABİ KƏŞF - Bir gündə...
 

İsrailin Sürətləndirilmiş Təkamül Biotexnologiyaları (Accelerated Evolution Biotechnologies) əczaçılıq şirkəti bir il ərzində xərçəng xəstəliyini tam müalicə edən dərmanı təqdim etməyi planlaşdırır.

 

AEB-nin sözçüsü Dan Aridorun sözlərinə görə, bu, inqilabi bir yenilik olacaq: "Bizim dərmanımız ilk gündən təsirli olacaq, təsirləri bir neçə həftə davam edəcək. Dərman özü isə bazarda baha olmayacaq və hər hansı əks təsirlər göstərməyəcək".

AEB-nin verdiyi məlumata görə, yeni dərmanın adı MuTaTodur, bu tərcümədən "çox məqsədli toksin" deməkdir. Birbaşa infeksiyadan sonra - amin turşu zənciri birləşmələrindən ibarət olan dərman xərçəng hüceyrələrinə hücum edir.

Bizimaz.az xarici mətbuata istinadən xəbər verir ki, belə çoxtərəfli hücum virusa qarşı mübarizədə müalicənin effektivliyinin açarıdır. Peptid birləşməsi xərçəng hüceyrələrini tamamilə məhv etməyə və dərman müqavimətinin inkişafı isə mutasiyaların qarşısını almağa imkan verir.

Bundan başqa MuTaTo metodu konkret bir xəstədə xərçəng növünə yanaşma tapmağa qadirdir. Xəstələr biopsiya alacaq və sonra hər bir fərd üçün terapevtik kokteyl hazırlanacaq.

Hazırkı mərhələdə AEB-nin siçanlar üzərində ilk tədqiqat təcrübəsi başa çatıb. Alimlər xərçəng hüceyrələrinin böyüməsinin və sağlam hüceyrələr üçün əks təsirlərin qarşısını almağa müvəffəq olub. Klinik tədqiqatlar çox tezliklə başlayacaq. Lakin dərmanı laboratoriyadan bazara daxil etmək üçün bir ildən beş ilədək zaman tələb oluna bilər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov