Xəbər lenti

 

Türkmənistanın paytaxtı Aşqabadda qadın sürücülər arasında kütləvi yoxlamalar aparılır. Zərif cinsin nümayəndələrindən sürücülük vəsiqələri müxtəlif bəhanərlərlə alınır.

 

Bizimaz.az: Bu barədə “Radio Azatlık” məlumat yayıb.

Nəşrin məlumatına görə, bundan başqa, qadınların şəhərin müəyyən küçələrində avtomobil idarə etməsinə icazə verilmir.

“Qadınların sükan arxasına əyləşməməsi üçün rəhbərlik bütün əməkdaşların avtomobillərini iş yerində qoymağı tapşırıb”, - deyə nəşrin mənbəsi bildirib.

“Xroniki Turkmenistana” isə xəbər verir ki, polisin bu tədbirlərində məqsəd qadınları avtomobil idarə etməkdən daşındırmaqdır.  

Bundan savayı, sərt ölçülər avtomobillərdən də yan keçmir. Belə ki, tünd rəngli maşınlar (sahibləri onları yenidən rənglətdirməlidir), həmçinin, “Moskviç” və “Jiquli” markalı köhnə avtomobillər cərimə meydançasına göndərilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov