Ukraynanın Donetsk şəhərində qondarma DXR-in iqamətgahı yaxınlığında 3 partlayış baş verib.
Bizimaz.az xəbər verir ki, partlayışlardan ikisi ATƏT nümayəndə heyətinin qaldığı otelin yaxınlığında törədilib.
“3 partlayış baş verdi. Araşdırma aparılır”, - qondarma DXR rəsmisi deyib.
Onun sözlərinə görə, iki partlayış ATƏT nümayəndə heyətinin qaldığı otelin təxminən bir neçə yüz metrliyində baş verib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.