Xəbər lenti

Minsk 2019-cu ildə ölkənin yaxın 5 il ərzində keçərli olacaq müdafiə planına korrektələr edəcək.

 

Bizimaz.az xəbər verir ki, bunu “Belarus 1” televiziyasına açıqlamasında Belarus Müdafiə naziri Andrey Ravkov deyib.

“Bu il biz 2020-2024-cü illərdə keçərli olan dövlətin müdafiə planını korrektə etməliyik. Bu iş artıq başladılıb və ilin sonunda dövlət başçısına dəqiqləşdirilmiş müdafiə planı təqdim ediləcək” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Belarus Moskva ilə yaranan gərginliklə əlaqədar Rusiya ilə sərhədlərini gücləndirib. Üstəlik, Minski Polşa ilə də münasibətləri pisləşib. Belarus Polşa ABŞ bazasının yerləşdirilməsini qəbul etməyəcəyini deyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov