Xəbər lenti


Rusiya prezidenti Vladimir Putin Soçi görüşündən sonra milli cüdoçularla görüşüb.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, gərgin müzakirələrin ardından cüdo paltarını geyinən prezident idmançılarla döyüşüb.

Putinin milli cüdoçu Natalia Kuziutlə keçirdiyi görüşə yerli mediada daha geniş yer ayrılıb. Media N.Kuziutin üçün “Putini nakaut edən cüdoçu” ləqəbindən istifadə edib.

Dörd dəfə Avropa çempionu olan Kuziutin yarışdan sonra Putinlə şəkillərini paylaşıb.

“Prezident Putinə təşəkkür edirəm. Soçidə gərgin görüşdən sonra məşq üçün vaxt tapıb. Ölkəmizin bir nömrəli cüdoçusu ilə bir dəfə daha qarşılaşmaqdan çox məmnun oldum”.

Qeyd edək ki, Vladimir Putin cüdoda qara kəmər ustasıdır.

 

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov