Xəbər lenti

Britaniya, ABŞ və İsrail xüsusi xidmət orqanları 2018-ci ilin sonunda İrana qarşı birgə əməliyyat təşkil edib. Əməliyyat nəticəsində İrandan 47 yaşlı nüvə fiziki ABŞ-a qaçırılıb.

 

Bizimaz.az xəbər verir ki, bu məlumatı Britaniyanın “Sandey Ekspres” qəzeti yayıb. Məlumata görə, Qərbə məxfi şəkildə aparılan fizikin təkcə Tehranın nüvə proqramı haqqında informasiyaya sahib deyil, həm də İranın məşhur nüvə fiziki Mustafa Əhməd Roşanın ölümünün təşkilində də iştirak edib. Belə ki, dekabr ayında MOSSAD agenti alimi İrandan çıxararaq, onu miqrantlar qrupu daxilində gizlədib və bundan sonra xüsusi xidmət orqanları onu La-Manşdan qeyri-leqal miqrantlarla birgə Britaniyaya gətirməyi bacarıb. Britaniya və ABŞ kəşfiyyat xidməti orqanları əməkdaşlarının alimlə apardıqları söhbət zamanı İranın nüvə razılaşmasına hələlik əməl etdiyi aydınlaşıb. Alim həmçinin Qum şəhərindən 240 kilometr məsafədə təkcə enerji yox, həm də atom döyüş başlıqları istehsal etmək gücündə olan 2 nüvə müəssisəsi olduğunu da deyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov