Xəbər lenti

Ərdoğanı təhqir edən 75 yaşlı kişiyə GÖRÜNMƏMİŞ CƏZA
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddia olunan 75 yaşlı Əli Şahin haqqında istintaq əməliyyatları başladılıb.

 

Bizimaz.az xəbər verir ki, vətəndaş sorğuya çəkilib və bu zaman haqqında qaldırılan iddiaları təkzib edib.

Lakin prokurorluq ona olduqca qəribə və nadir bir cəza verib. Belə ki, Əli Şahin bədii kitablar oxuyacaq və bu kitabların qısa xülasəsini çıxaracaq.

Ona verilən siyahıda 24 kitab yer alıb. Siyahının ilk sırasında Ömər Seyfəddinin müəllifi olduğu kitaba yer verilib. Bundan başqa, Nəcib Fazil Qısakürək, Lev Tolstoy, Corc Oruell, Turqay Gülər, Faruq Kösə, Əbdülqadir Səlvinin kitabları da siyahıda olub. Həmçinin Mustafa Kamal Atatürkün “Nutuk” əsəri də oxunanlar sırasına daxil edilib.

Qərar haqqında fikirlərini bölüşən Əli Şahin bildirib ki, vəkili qərara etiraz etsə də, o, kitabları qısa müddətdə tapıb oxumağa başlayacaq.
İstinad.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov