Xəbər lenti


Rusiyanın Xakasiya Respublikasının paytaxtı Abakanda bütün məktəblər qrip epidemiyası və kəskin respirator virus infeksiyası səbəbindən bağlanıb.

 

Bizimaz.az xəbər verir ki, bununla bağlı şəhər rəhbərliyi qərar qəbul edib.

“Abakanın 23 məktəbi karantinə bağlanıb. Uşaqlar məktəbə getmir”, - bildirilib.

Şəhər rəhbərliyi məktəblərin fevralın 18-nə qədər bağlı qalacağını deyib.

Bundan başqa, Çernoqorsk, Sayanoqorsk, Sorsk, Şirinsk, Orconikidzevsk, Ust-Abakansk, Beysk və Altaysk rayonlarındakı 31 məktəb və 12 uşaq baxçasında dərs prosesi dayandırılıb.

Qeyd edək ki, Xakasiyada ötən həftə 4800 nəfər qrip və kəskin respirator virus infeksiyası səbəbindən həkimə müraciət edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov