Xəbər lenti

 

Bizimaz.az :Lenta.ru-nun məlumatına görə, bununla bağlı Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov mətbuat konfransında məlumat verib. 

O deyib ki, fevralın 2-də ABŞ Moskvanı razılaşmanı pozmaqda ittiham edərək, Rusiya tərəfinə nota verib. Cavab notası fevralın 4-də ABŞ səfirliyinə təqdim edilib. 

“Orada biz əsassız, mənasız iddiaları qətiliklə rədd etdik”, - Ryabkov bildirib.

Nazir müavini əlavə edib ki, Vaşinqton tərəfinin razılaşmaya əməl edəcəyi vaxtadək Rusiyanın sazişdən çıxması ilə bağlı ABŞ tərəfi məlumatlandırılıb. XİN-dən bildirilib ki, ABŞ tərəfi 1999-cu ildən ballistik raketləri sınaqdan keçirməklə razılaşmanı pozur. Ryabkov qeyd edib ki, bu raketlər xarakterinə görə orta və yaxınmənzilli raketlərə aiddir. 

Fevralın 6-da ABŞ dövlət katibinin silahların idarə edilməsi və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Andrea Tompson bəyan edib ki, ABŞ OYMRM-dən çıxdıqdan sonra müqavilə ilə qadağan olunmuş raketləri istehsal etməyə hazırlaşır. 

Fevralın 2-də Rusiya prezidenti Vladimir Putin ABŞ-ın analoji addımına cavab olaraq, Rusiyanın OYMRM-dən çıxdığını bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov