Xəbər lenti

  Çində bir dərman firması tərəfindən immunoqlobilin dərmanına HİV virusu qatışdırıldığı barədə yayılan xəbərlə bağlı araşdırma aparılır.

 

” "Haberturk.com” xəbər veriri ki, ölkə daxilində səhiyyə mərkəzlərinə "Shanghai Xinxing Pharmaceutical Company” tərəfindən istehsal edilən, 20180610Z kodlu dərmanların müəyyən müddətə qəbul edilməməsi ilə bağlı xəbərdarlıq edilib.

Səhiyyə Komitəsindən dərmanları qəbul etmiş xəstələrdə HİV virusuna yoluxma riskinin aşağı olduğu bildirilsə də, həmin şəxslərin ciddi nəzarətə alınmaları barədə xəstəxanalara xüsusi tapşırıq verilib.

Çin mətbuatı talasemiya, hepatit və quduzluq əleyhinə istifadə olunan, HİV virusu ilə qarışmış belə dərmanların 12 min ampuldan çox olduğunu yazıb.

Xəbərdə bu dərmanların son istifadə tarixinin 2021-ci ilin iyun ayı göstərildiyi bildirilir.
Dərmanların ölkə xaricində yayılması barədə məlumat verilmir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov