Xəbər lenti

ABŞ İsraildən qorxunc silahlar alır
 

ABŞ İsrail istehsalı olan “Dəmir Qübbə” havadan müdafiə sistemi alacaq.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə ABŞ Quru Qüvvələrinin mətbuat katibi Petrik Seyber deyib.

Mətbuat katibi bildirib ki, Quru Qüvvələri dolaylı atışlara qarşı müdafiə qabiliyyətli bu silahlardan məhdud sayda müvəqqəti ehtiyaclarını qarşılamaq üçün tədarük edəcək. ABŞ bu sistemdən istifadə edərkən potensialının müxtəlif variantlarını sınaqdan keçirəcək. Silahların ABŞ-a neçəyə başa gələcəyi və nə vaxt təhvil veriləcəyi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, “Dəmir Qübbə” 2011-ci ildən bəri İsrail ordusunda istifadə edilir. Sistem atılan hər an 10 raketdən 8-ni məhv edir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov