ABŞ heç vaxt sosialist ölkəsi olmayacaq.
Bizimaz.az xəbər verir ki, bunu Konqresə illik müraciəti zamanı ABŞ Prezidenti Donald Tramp Deyib.
“Biz ölkəmizdə sosializmin qəbulu ilə bağlı yeni çağırışlardan narahatıq. Biz azad doğulmuşuq və azad da qalacağıq. Biz öz qərarımızı təkrarlayırıq. Amerika heç vaxt sosialist ölkəsi olmayacaq”, – deyə o bildirib.
O, çıxışı zamanı Taliban məsələsinə də toxunub. Tramp Talibanla danışıqlar apardıqlarını təsdiqləyib və uğur qazanacaqları təqdirdə bu ölkədəki ABŞ əsgərlərinin sayını azaldacaqlarını bildirib.
Tramp həmçinin Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşması yerinə yeni razılaşmanın yaradıla biləcəyini iddia edib:
“Onillər öncə ABŞ Rusiya ilə raket imkanlarımızı məhdudlaşdıran razılaşmaya imza atmağa razılıq verdi. Hələlik biz razılaşmanı tam icra etmişik, Rusiya isə onun şərtlərini dəfələrlə pozub. Məhz bu, razılaşmadan çıxmağımıza səbəb oldu. Yeni razılaşmanın tərəflərindən biri Çin ola bilər”.
Tramp yaxın 10 ildə ölkədə HİV virusu epidemiyasına qalib gələcəyinə inandığını deyib.