Xəbər lenti

“Kardif Siti”nin argentinalı forvardı Emiliano Salanın olduğu təyyarə La-Manş ərazisində tapılıb.

 

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” informasiya yayıb.

Axtarışların nəticəsi barədə futbolçunun ailə üzvlərinə də məlumat verilib.

***

Emiliano Salanın olduğu təyyarənin qalıqları yaxınlığında cəsəd aşkarlanıb.

Cəsəsdin hələlik kimə məxsus olduğu ilə bağlı məlumat verilməyib. Rəsmilər təyyarənin tapılan qalığının fotosunu yayıblar.

Xatırladaq ki, Fransanın “Nant” klubundan Uelsin “Kardiff-Siti” klubuna transfer edildikdən sonra Nant şəhərindən Uelsin paytaxtına uçan 28 yaşlı argentinalı hücumçunu aparan təyyarə yanvarın 21-də La-Manşdakı Normand adalarında radarlardan itmişdi. Fransa polisi günlərlə heç bir xəbər alınmayan təyyarənin axtarışlarının dayandırıldığını elan etmişdi. Daha sonra isə təyyarənin axtarışlarının davam etdirilməsi üçün vəsait toplanılmasına başlanıldı. PSJ-nin hücumçusu Kilian Mbappe və “Marsel”in yarımmüdafiəçisi Dmitri Payetin də dəstəyi ilə 290 min funtdan çox vəsait toplandı və axtarışlara yenidən start verildi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov