Xəbər lenti


  ABŞ-ın Kaliforniya ştatında kiçik mühərrikli təyyarənin yaşayış zonasına düşməsi nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

 

Bu haqda BBC məlumat yayıb.

Qurbanların dördü yanan evin sakinləridir (iki qadın və iki kişi), beşinci qurban isə təyyarənin pilotudur. Daha iki nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“Cessna 414A” təyyarəsi  yerli aeroportdan havaya qalxdıqdan bir neçə dəqiqə sonra Yorba Linda şəhərkənarı qəsəbəsində yerləşən iki mərtəbəli həyət evinin üzərinə düşüb. Təyyarənin göyərtəsində heç bir sərnişinin olmadığı deyilir.

09:02

ABŞ-ın Kaliforniya ştatının cənubunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

Bu barədə Orinc dairəsinin yanğınsöndürmə xidməti rəsmi “Twitter” hesabında məlumat yayıb.

Bildirilir ki, təyyarə Yorba-linda şəhərindəki həyət evinə düşüb, nəticədə, yanğın baş verib.

“Bir tikiliyə ziyan dəyib, iki nəfər ölüb, iki nəfər yerli xəstəxanaya çatdırılıb”, - məlumatda deyilir.

CBS telekanalının xəbərinə görə, iki mühərrikli “Cessna 414A” təyyarəsi Orinc hava limanından  qalxıb və çox keçmədən yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 02:00) yerə çırpılıb.

Qəzanın səbəbi araşdırılır.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov