Xəbər lenti

Türkiyə vətəndaşlarına Qüds QADAĞASI
 

İsrail Türkiyə vətəndaşlarının Qüdsü ildə bir dəfədən çox ziyarət etməsini qadağan edib.

 

Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, yaşı 18-dən az olan Türkiyə vətəndaşları isə ümumiyyətlə, valideynləri olmadan şəhərə daxil ola bilməz.

Bu barədə Türkiyənin Burak Müqəddəs Məkanları Tanıtma və Mədəniyyət Dərnəyinin başçısı Adəm Yenihəyat məlumat verib.

Onun sözlərinə görə, bu qadağaya səbəb İsrailin Qüdsdə dağıntılar törətməsindən sonra Türkiyə vətəndaşlarının daha çox bu şəhərə axın etməsidir.

“2018-ci ildə Qüdsdə yaşayan müsəlmanlara və Məscidül-Əqsaya hücumlar edildi. Polis və əsgər nəzarətində Məscidül-Əqsaya basqından sonra məscidin qapıları ibadətə bağlandı. 176 nəfərin məscidə daxil olmasına icazə verilmədi. Qüdsdə 7 müsəlman şəhid oldu, 1736 nəfər saxlanıldı. Evlər dağıdıldı”

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov