Xəbər lenti

\Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov orta və kiçikmənzilli raketlərin ləğv edilməsi  ilə bağlı müqavilə üzrə ABŞ-ın verdiyi ultimatumun müddətinin baş çatmasını şərh edib.

Bizimaz.az bildirir ki, Bu barədə “İnterfaks” məlumat yayıb.

“Çox güman, fevralın 2-də ABŞ-dan bizə hansısa bildiriş daxil olacaq”, - deyə Peskov bildirib.

Kreml rəsmisi ABŞ hakimiyyətinin konstruktiv dialoqda maraqsız olduğunu dilə gətirib. Onun sözlərinə görə, Orta və kiçikmənzilli raketlərin ləğv edilməsi ilə bağlı müqavilənin “istismardan çıxarılması” ilə bağlı qərar çoxdan verilib.

Peskov Vaşinqtonun yaxın zamanda öz planlarını gerçəkləşdirməyə başlayacağına əmin olduğunu bildirib.

1987-ci ildə ABŞ və Rusiya arasında imzalanmış müqavilə radiusu 500-dən 5500 km-ə qədər olan ballistik və qanadlı raketlərin istismarını və saxlanılmasını qadağan edir. 1991-ci ilə kimi bütün raketlər utilizasiya edilib. Ancaq 2014-cü ildə amerikalılar Rusiyanın 9M729 qanadlı raketinin 500 km-dən uzaqda olan hədəfləri vura bildiyini, ona görə müqavilənin tələblərini pozduğunu iddia edib. Rusiya sonradan bu iddiaları rədd edərək raketin təsir dairəsinin cəmi 480 km olduğunu bildirib.

Qeyd edək ki, Vaşinqtonun bu həftəsonu sözügedən müqavilənin qüvvədən düşdüyünü elan edəcəyi gözlənilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov