Xəbər lenti

Almaniyanın “Volksvagen” avtokonserni 2018-ci ildə dünyanın ən böyük avtomobil istehsalçısı olub.

 

Bizimaz.az xəbər verir ki, “Volksvagen” artıq 3-cü ildir ard-arda birinci yeri tutur.

Alman şirkətindən sonrakı yerdə Yaponiyanın “Toyota” şirkəti qərarlaşıb. Yapon şirkəti keçən il istehsal etdiyi avtomobillərin sayını 2% artıraraq 10,6 milyon ədədə çatdırıb.

Qeyd edək ki, “Volksvagen” keçən il ərzində 10,8 milyon ədəd avtomobil istehsal edib. Alman avtokonserni öz tərkibində “Audi”, “Bentley”,”Buqatti”, “Lamborcini”, “Porşe”, SEAT, “Şkoda” kimi avtomobil markaları, “Ducati” motosikletləri, MAN, “Scania” və “Volksvagen Kommersial” yük maşın markalarını cəmləşdirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov