Xəbər lenti

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş fevralın sonunda Vyetnamın Dananq şəhərində keçiriləcək. 

Bizimaz.az. xəbər verir ki, bununla bağlı “Kommersant” nəşri mənbəyə istinadən məlumat yayıb.

Mənbə görüşün keçiriləcəyi tarixi açıqlamayıb. 

Xatırladaq ki, liderlər arasındakı ilk görüş 2018-ci ilin iyununda Sinqapurda keçirilmişdi. Görüş zamanı Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və sülhün təmin edilməsi, ABŞ-Şimali Koreya əlaqələrinin normallaşdırılması müzakirə edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov