Xəbər lenti

 BMT-nin məhkəmədənkənar və kütləvi edamlar üzrə xüsusi məruzəçisi Anes Kallamardın başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına buraxılmayıb.

 

Bizimaz.az  “Hürriyet”ə istinadən xəbər verir ki, nümayəndə heyəti Krallığın diplomatik missiyasının binasına xaricdən baxış keçirib.

Bir müddət əvvəl Anes Kallamard Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülən jurnalist Camal Qaşıqçının cinayət işini araşdırmaq üçün müstəqil beynəlxalq ekspertlərlə birlikdə Türkiyəyə səfər edəcəyini bildirmişdi. Araşdırmanın nəticələri 2019-cu ilin iyununda BMT-nin İnsan Hüquqları üzrə Şurasının sessiyasına təqdim ediləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Əbdülhəmid Gül və İstanbulun Baş prokuroru İrfan Fidanla görüşəcək.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib, orada öldürülüb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov