Xəbər lenti


ABŞ-ın “Apple” texnologiya şirkəti cihazlarındakı daha bir çatışmazlığı ilə gündəmə gəlib.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, “Apple”ın görüntülü zəng xüsusiyyəti olan “Face Time” sistemindəki xəta səbəbilə istifadəçilərin xəbəri olmadan danışıqların dinlənilməsi mümkündür.

“Texnobloq”un xəbərinə görə, iOS 12.1 sistemi ilə çalışan “iPad” və ya “iPhone” cihazlara vasitəsilə “Face Time” vasitəsilə zəng gəldikdə həmin şəxs zəngə cavab verməsə belə, onun səsi eşidilə bilir. Belə ki, bir nəfər “Face Time” vasitəsilə ilə zəng edilərkən öz telefon nömrəsini görüşməyə əlavə edəndə “Face Time” bunun aktiv bir konfrans görüşü olduğunu düşünür və zəng edilən həmin şəxsin səsi eşidilir.

“The Verge” saytının infromasiyasına görə, şirkət bu durumdan xəbərdardır. Bu həftə ərzində təklif ediləcək yeniliklə problem həll ediləcək. İstifadəçiləri bu xətadan uzaq tutacaq yeganə yol isə hələlik “Face Time” proqramını deaktiv etməkdir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov