Xəbər lenti


İranda instaqram sosial platformasının istifadəsi məhdudlaşdırılacaq.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Kərimi Qudusi deyib.

Millət vəkili bu məlumatı informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromidən aldığını bildirib. O, instaqramın bu günə qədər bloklanmasının prezident Həsən Ruhaninin bu qərara qarşı olduğuna görə baş tutmadığını deyib. Qudusi özünün də instaqramın bloklanmasını dəstəklədiyini deyərək, hökumətin bu qərarının icrasında itirilən hər günü “xoşagəlməz hal” kimi dəyərləndirib.


 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov