Türkiyənin Böyükçəkmə rayonunda yerləşən yaşayış massivinin rəhbəri azərbaycanlı iş adamı Rza Zərrabın 25 min türk lirəsi dəyərində olan borcuna görə mülkiyyətinə həbs qoyulması barədə keçmiş həyat yoldaşı Əbru Gündəşə xəbərdarlıq edilib.
Bizimaz.az xəbər verir ki, xəbərdarlıq sənədində yığılan borc səbəbi ilə Zərrabdan Əbru Gündəşə qalan malların 25 min türk lirəsi dəyərində olan hissəsinə həbs qoyulduğu bildirilib.
Lakin müğənni vəkili vasitəsi ilə İstanbul Məhkəməsi İcra Aparatına etiraz edərək, Rza Zərrabın onda haqq və alacaqlarının olmadığını deyib.
Qeyd edək ki, Zərrabın Böyükçəkməcədə yerləşən lüks yaşayış massivində 47 mənzili və mağazası var. O, 2011-ci ildə bu mülkləri öz adına qeydiyyata salaraq, keçmiş şirkətlərindən birinin adını verib.
istinad