Xəbər lenti

Türkiyə yaxın vaxtlarda həm İŞİD-in bilərəkdən sağ buraxılan artıqlarını, həm də ölkəmizə qarşı təlim keçən üzvlərini təmizləyəcək.

 

Bizimaz.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə sadəcə terror qruplaşmalarının kökünün qurudulması üçün deyil, eyni zamanda atışmaların səbəb olduğu humanitar böhranların təsirlərinin zəiflədilməsi üçün də böyük əmək sərf edir. İŞİD-lə mübarizə bəhanəsilə silahlandırılan terrorçuların silahları ilə birlikdə Rakkadan çıxmasına icazə verdilər. Fəratın şərqini yaxın vaxtlarda əmin-amanlığa qovuşduracağıq”, - Ərdoğan bildirib.

Qeyd edək ki, türk ordusu menbiç və Fəratın şərqini terrorçulardan təmizləmək üçün əməliyyat hazırlığını tamamladığını açıqlayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov