Xəbər lenti

Qara dənizdə içərisində sıxılmış qaz olan iki tanker artıq 7 sutkadır yanır.

 

Bizimaz.az  xəbər verir ki, yanğını toz və köpüklə söndürmək cəhdləri uğursuzluqla nəticələnib.

“Yanğın əvvəlki kimi davam edir. Gəmilər lövbər salıb. Gəmilərə su vurulması işləri aparılır”, - məlumatda deyilib.

Ekspertlər bu vəziyyətdə yeganə çıxış yolunun tankerlərdəki bütün qazın yanıb qurtarmasını gözləmək olduğunu vurğulayıblar.

Xatırladaq ki, yanvarın 21-də Kerç boğazında “Kandi” və “Maestro” adlı Tanzaniya bayrağı altında üzən iki gəmi göyərtədən göyərtəyə yanacaq ötürülərkən alışıb. Gəmilərdə ümumilikdə 32 nəfər olub. Aralarında Türkiyə vətəndaşlarının da olduğu ekipajın 12 üzvü xilas edilib, 10 nəfər həlak olub, 10 nəfər isə itkin düşüb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov