Xəbər lenti


Tornado Türkiyənin Antalya bölgəsində bir çox fəsadlar törədib, həyat iflic olub. 

 

Bizimaz.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət zamanı Antalya aeroportunda iki avtobus aşıb, bir təyyarə və helikopterə ziyan dəyib.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanalara yerləşdirilib. 

 Üç gündür davam edən güclü qasırğa nəticəsində azı iki nəfər ölüb, 20-dən çox insan yaralanıb. 

Yerli rəsmilər ehtiyac olmadığı zaman küçələrə çıxmamağı tövsiyə edib. 

Sürəti saatda 103 kilometrə çatan külək məscidlərdən birinin minarəsini də uçurub. 

Bəzi vətəndaşlar tornadonu mobil telefonlarının kameraları ilə lentə alıblar. 



 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov