Xəbər lenti

 

Rusiyanın “Aeroflot” şirkəti 26-27 yanvar tarixlərinə planlaşdırılan 131 hava reysini təxirə salıb.

 

Bizimaz.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu haqda şirkətin saytına məlumat dərc olunub.

Şeremetyevo aeroportunda onlarla hava reysinin vaxtı dəyişdirilib. Əksər hava reysləri bir neçə saat müddətinə ertələnib.

 Hava reyslərinin təxirə salınmasına və ertələnməsinə səbəb, meteoroloqların güclü qar çovğunu proqnozlaşdırmasıdır.

Onların hesablamalarına görə, Rusiya paytaxtına təkcə iki gün ərzində yarım aylıq yağıntı normasının düşəcəyi gözlənilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov