Xəbər lenti

Rusiyadan XƏBƏRDARLIQ: Bu, faciəli ssenari olacaq
 

Venesuelanın işlərinə hərbi müdaxilə faciəli ssenari olar.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Moskva hərbi müdaxilənin nəticələri barədə Vaşinqtonu xəbərdar edib.

“Biz hesab edirik ki, bu, faciəli ssenari olardı. Bu, Latın Amerikası regionunda müşahidə edilən inkişaf modelininin əsaalarını sarsıdacaq”, - o deyib.

Xatırladaq ki, Venesuela müxalifətin 35 yaşlı lideri və parlamentin spikeri Juan Quaydo ötən gün özünü ölkənin müvəqqəti prezidenti elan edib. Quaydonun prezidentliyini ABŞ da daxil olmaqla artıq bir neçə ölkə tanıyıb.

ABŞ Dövlət Departamenti Maduronu zorakılığa əl atmaması barədə xəbərdar edib. ABŞ Maduronun hökumət qoşunları ilə güc tətbiqi halında Venesuelaya qarşı sanksiyaların sərtləşdirilməsini, həm də hərbi müdaxiləni istisna etmir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov