Xəbər lenti

b4e8b3f9-81a3-42b9-a6d1-11aa94064f59
Gürcüstanda 2019-cu ilin dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən dini icmalara, ümumilikdə, 4,5 mln. lari (1,6 mln. dollardan çox) vəsait ayrılıb.

 

Bizimaz.az  Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məbləğin 3,5 mln. larisi (1,3 mln. dollardan çox) dini icmalar arasında artıq bölüşdürülüb.

Vəsaitin böyük hissəsi 2,2 mln. lari (828,2min dollar) olmaqla Gürcüstanın müsəlman icmasının payına düşüb. Erməni xristian, Roma katolik və yəhudi icmasına təqdim olunmuş vəsait isə müvafiq olaraq 600 min lari (225,8min dollar), 400 min lari (150,5min dollar) və 300 min lari (112,9 min dollar) təşkil edib.

Yerdə qalan 1 mln. lari (376,4 min dollar) məbləğində vəsait isə cari ilin sonuna qədər dini icmalara paylanılacaq.

Qeyd edək ki, Gürcüstanda əhalinin 10,74%-ni müsəlmanlar təşkil edir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov