Xəbər lenti

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfərə gedib.

 

Bizimaz.az  “Anadolu”ya istinadən xəbər verir ki, onu səfərdə müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Cahit Turhan, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşaiyət edir.

R.T.Ərdoğan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu, dövlət başçıları arasında 2019-cu ildə ilk görüş olacaq. Prezidentlər Türkiyə-Rusiya münasibətlərini, Suriyadakı vəziyyəti və bir sıra bu kimi məsələləri müzakirə edəcəklər.

Səfər bir gün davam edəcək.  

Qeyd edək ki, 2018-ci ildə R.T.Ərdoğanla V.Putin arasında 7 təkbətək görüş olub. Dövlət başçıları 18 dəfə telefonla danışıblar.  

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov