Xəbər lenti

 Qazaxıstanda iqtidaryönümlü Ak Jol Partiyasının nümayəndəsi Azat Peruaşev Baş nazirə Qazaxıstanın adının Qazax Respublikası ilə əvəzlənməsini təklif edib.

 

Bizimaz.az  Bu barədə  "Tengrinews.kz" portalına istinadən xəbər verir.

"2020-ci ildə müstəqil Qazaxıstanın dövlətçiliyində platforma olan SSRİ tərkibində Qazax Respublikasının yaradılmasının 100 ili tamam olacaq. Demokratik Ak Jol Partiyası dövlət səviyyəsində Qazax Respublikasının 100 illik yubileyinə diqqət ayrılmasını və bu tarixi layiqli qeyd etməyi təklif edir", - deputat müraciətində deyib.

O, ölkənin rəsmi adının yenidən Qazax Respublikasına qaytarılması məsələsini nəzərdən keçirməyi təklif edib.

"Bu təşəbbüsü hələ beş il əvvəl Nursultan Nazarbayev irəli sürmüşdü. Hesab edirəm ki, dövlət başçısının təkliflərini reallaşdırmağın vaxtı yetişib. Hər şeyi öz adı ilə çağırmaq, qaraya qara, ağa ağ, qazaxlara isə qazaxlar demək lazımdır", - o bildirib.

Siyasətçi "Qazax Respublikası" adının artıq formalaşmış "Qazaxıstan" ilə birlikdə istifadə olunmasının zəruriliyini də vurğulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov